Birxeber.az / Tehranda seçki məntəqəsində insanlara bıçaqla hücum olub

Tehranda seçki məntəqəsində insanlara bıçaqla hücum olub

1-03-2024, 16:50

Tehranda seçki məntəqəsində insanlara hücum edən bıçaqlı şəxs saxlanılıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Tehran valisinin təhlükəsizlik üzrə müavini IRNA-ya bildirib.

Onun sözlərinə görə, bugünkü seçkilər zamanı Tehranın Darabad bölgəsindəki seçki məntəqələrindən birində üç nəfərə hücum edən şəxs dərhal tutulub.

Xəsarət alanların olmadığı bildirilib.

Geri qayıt