Birxeber.az / İki gun əvvəl Ağdaşda yol qəzasında xəsarət alan şəxs ölüb

İki gun əvvəl Ağdaşda yol qəzasında xəsarət alan şəxs ölüb

24-01-2024, 17:50

İki gun öncə Ağdaş rayonununda baş vermiş yol qəzasında xəsarət alan şəxs ölüb.

APA-nin Şirvan bürosu xəbər verir ki, yanvarın 23-də Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan rayon sakini Münasib Qasımov bu gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə nəticəsində həmin gün bir nəfər ölmüş, 4 nəfər xəsarət almışdı.

Geri qayıt