Birxeber.az / Məktəblərə psixoloji mühit və təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təlimatlar göndərilib

Məktəblərə psixoloji mühit və təhlükəsizliyin gücləndirilməsi ilə bağlı təlimatlar göndərilib

24-01-2024, 17:50

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən regional təhsil idarələrinin tabeliyindəki məktəblərdə psixoloji mühitin daha da yaxşılaşdırılması və təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq təlimatlar göndərilib.

Bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəblərdə psixoloji mühitin təşkili və uşaqların təhlükəsizliyi Agentlik üçün ən vacib və ən həssas məsələlərdəndir:

"Biz cəmiyyətdən, mediadan çox xahiş edirik ki, uşaqların yaş həddini və onların həssas durumunu nəzərə alaraq, paylaşımlar edərkən diqqətli olsunlar".

Geri qayıt