Birxeber.az / Azərbaycan və Rusiya XİN rəhbərləri Antalyada görüşüb - YENİLƏNİB

Azərbaycan və Rusiya XİN rəhbərləri Antalyada görüşüb - YENİLƏNİB

1-03-2024, 15:50

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında Antalyada görüş keçirilib.

XİN-in mətbuat xidməti bildirib ki nazirlərin görüşündə Azərbaycan və Rusiya arasında arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi və regionda münaqişədən sonrakı vəziyyət müzakirə olunan məsələlər arasında olub.

***

15:04

Azərbaycan və Rusiya XİN rəhbərlərinin Antalyada görüşü keçirilir.

Birxeber.Az-nın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Ceyhun Bayramov və Sergey Lavrovun görüşü Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutub.

Bundan əvvəl, Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Geri qayıt