Birxeber.az / Kadri Simson: Azərbaycan Aİ-nin sınanmış enerji tərəfdaşıdır

Kadri Simson: Azərbaycan Aİ-nin sınanmış enerji tərəfdaşıdır

1-03-2024, 12:40

Azərbaycan enerji sektorunda Avropa İttifaqının sınanmış tərəfdaşıdır və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

“Birxeber.Az” xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

Onun sözlərinə görə, daha da aydın olur ki, Avropa Rusiya ilə bundan əvvəlki ənənəvi münasibətlərə qayıtmayacaq: “İndi bu məkan sadiq tərəfdaşlardan ibarətdir”.

“Mən bura ilk dəfə 2022-ci ildə gəlmişəm, o vaxt münasibətlərimizin potensialını ən yaxşı şəkildə necə reallaşdıracağımızı müzakirə etdik. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz nəqli hazırda 2021-ci illə müqayisədə 46 faiz çoxdur. Dediyim kimi, Azərbaycan həqiqətən də Avropa oyunçusuna çevrilir, buna görə də biz bu birgə təchizat sistemini genişləndirməyə çalışırıq”, - o bildirib.

Geri qayıt