Birxeber.az / Çində çoxmərtəbəli binada yanğın olub, 39 nəfər ölüb

Çində çoxmərtəbəli binada yanğın olub, 39 nəfər ölüb

24-01-2024, 17:40

Çinin Tszyansi əyalətində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 39 nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, məlumatı “Kazinform” agentliyi yayıb.

Bildirilib ki, hadisə yanvarın 24-də Tszyansi əyalətinin Sinyuy şəhərində baş verib. Axtarış xilasetmə əməliyyatı davam edir. Hadisənin şəraiti və səbəbi araşdırılır.

Yanğın qurbanlarının artacağı ehtimal olunur.

Geri qayıt