Birxeber.az / Dövlət qurumlarının cəlb etdiyi xarici dövlət borc öhdəliyi məbləği açıqlanıb

Dövlət qurumlarının cəlb etdiyi xarici dövlət borc öhdəliyi məbləği açıqlanıb

1-03-2024, 10:50

1 yanvar 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 6.461,2 milyon ABŞ dolları (10 milyard 984 milyon manat) təşkil edib. Bu dövrdə xarici dövlət borc portfelinin 47,9%-i ( 5 mlrd. 261.3 mln. manat) büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 52,1%-i ( 5 mlrd. 722,7 mln. manat) isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, xarici dövlət borc portfelinin 17.4%-i (1 mlrd. 911.2 mln. manat) “Azəravtoyol”un, 11.7%-i ( 1 mlrd. 285,1 manat) “Azərbaycan Dəmir Yolları”nın, 10.4%-i ( 1 mlrd. 142.3 mln. manat) “Azərsu” ASC-nin, 3.1%-i (340.5 mln. manat) “Meliorasiya və Su Təsərrüfatı”nın, 2.3%-i ( 252.6 mln. manat) Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşüb.

Geri qayıt