Birxeber.az / BMT Baş katibi Qəzzada təcili atəşkəslə bağlı çağırış edib

BMT Baş katibi Qəzzada təcili atəşkəslə bağlı çağırış edib

1-03-2024, 10:40

BMT Baş katibi Antonio Quterreş Qəzzada təcili atəşkəslə bağlı çağırış edib.

“Birxeber.Az” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Mən təcili humanitar atəşkəsə və bütün girovların qeyd-şərtsiz azad edilməsinə çağırışımı təkrarlayıram”, - Baş katib yazıb.

O bildirib ki, indiyə qədər Qəzzada 30 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.

Qeyd edək ki, Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə 2023-cü il oktyabrın 7-də başlayıb.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi fevralın 28-də deyib ki, yaxın vaxtlarda Qəzzada atəşkəs elan oluna bilər.

Geri qayıt