Birxeber.az / Xaçmazda mikroavtobus körpüdən aşıb, sürücü xəsarət alıb

Xaçmazda mikroavtobus körpüdən aşıb, sürücü xəsarət alıb

1-03-2024, 09:40

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Birxeber.Az"un Şimal bürosunun məlumatına görə, "Ford" markalı mikroavtobusun çaya aşması nəticəsində sürücü Mehdi İsayev xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt