Birxeber.az / Bakıda avtomobillə vurulan yeniyetmənin ayağı sınıb

Bakıda avtomobillə vurulan yeniyetmənin ayağı sınıb

1-03-2024, 03:40

Bakının Xəzər rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Zirə qəsəbəsində avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Yolçuyev Yusif Baba oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt