Birxeber.az / Səfərbərlik Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb

Səfərbərlik Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb

1-03-2024, 01:40

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi işdən çıxarılıb.

"Birxeber.Az"un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Müvafiq əmrlə Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlsafa Məmmədov işdən azad edilərək, sərəncama götürülüb.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib.

Geri qayıt