Birxeber.az / Banqladeşdə restoranda baş verən yanğında 40-dan çox adam ölüb

Banqladeşdə restoranda baş verən yanğında 40-dan çox adam ölüb

1-03-2024, 01:40

Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verən yanğında azı 43 nəfər həlak olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “The Daily Observer” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, yanğın fevralın 29-da saat 21:50-də (Bakı vaxtı ilə - 19:50) paytaxtdakı restoranların birində başlayıb.

Hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir və alovun qarşısı alınıb.

Yanğının səbəbi barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt