Birxeber.az / Zelenski Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizat qüvvələrinin komandirini dəyişib

Zelenski Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizat qüvvələrinin komandirini dəyişib

1-03-2024, 00:50

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrin maddi-texniki təchizat qüvvələrinin komandirini dəyişib.

Birxeber.Az xəbər verir ki, müvafiq sərəncam prezidentin rəsmi saytında dərc olunub.

Belə ki, Zelenski Oleq Qulyakı Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminat qüvvələrinin komandanı vəzifəsindən azad edib və yerinə Vladimir Karpenkonu təyin edib.

Ukrayna prezidenti fevralın 8-də Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Sergey Şaptalanı isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifələrindən uzaqlaşdırıb. Zalujnının yerinə keçmiş Quru Qoşunlarının komandanı Aleksandr Sırski baş komandan olub.

Geri qayıt