Birxeber.az / Bakıda yanana evdən meyiti tapılan kişi evi qəsdən yandırıb - TƏFƏRRÜAT - YENİLƏNİB

Bakıda yanana evdən meyiti tapılan kişi evi qəsdən yandırıb - TƏFƏRRÜAT - YENİLƏNİB

29-02-2024, 23:50

Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, hadisə qəsdən törədilib.

Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Əkbərov Eyvaz Həsən oğlu yaşadığı evi yandırıb.

Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.

Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.

***

Saat 15:29

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

APA FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri qayıt