Birxeber.az / Kvebekdə qasırğalar səbəbindən 180 mindən çox istehlakçı işıqsız qalıb

Kvebekdə qasırğalar səbəbindən 180 mindən çox istehlakçı işıqsız qalıb

29-02-2024, 21:40

Kanadanın şərqindəki Kvebek əyalətində tüğyan edən qasırğalar səbəbindən 180 mindən çox istehlakçı elektrik enerjisi əldə etməkdən məhrum olaraq işıqsız qalıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Hydro-Quebec” enerji şəbəkəsi şirkətinin açıqlamasında deyilir.

Kanada Milli Meteorologiya Bürosunun məlumatına görə, cümə axşamına keçən gecə küləyin sürəti regionun bəzi yerlərində 28 metr/saniyəyə çatıb. Əlverişsiz hava şəraiti əsasən Monreal və şəhərətrafı ərazilərə ziyan vurub.

Hazırda elektrik şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması ilə 940-a yaxın texniki mütəxəssis məşğul olur. Bölgədə elektrik enerjisinin verilməməsi səbəbindən bəzi məktəblər bağlanıb.

Geri qayıt