Birxeber.az / Gəncədə 64 yaşlı qadını yük maşını vurub

Gəncədə 64 yaşlı qadını yük maşını vurub

29-02-2024, 19:40

Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub.

Qadın ağır xəsarətlər alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt