Birxeber.az / Azərbaycanın beynəlxalq maliyyə bazarındakı dövlət istiqrazları 2 mlrd. dolları keçib

Azərbaycanın beynəlxalq maliyyə bazarındakı dövlət istiqrazları 2 mlrd. dolları keçib

29-02-2024, 18:50

1 yanvar 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 6.461,2 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə xarici dövlət borc portfelinin 35,4%-i avrobondlar üzrə, 29,9%-i Asiya İnkişaf Bankı üzrə, 14,9%-i Dünya Bankı üzrə, 19,8%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşüb.

Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, xarici dövlət borc portfelinin 35,4 faizini və ya 2.287,3 milyon ABŞ dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edib.

Qeyd edilib ki, 2023-cü il ərzində xarici dövlət borcu üzrə 534,4 milyon ABŞ dolları məbləğində əsas, 304,4 milyon ABŞ dolları məbləğində faiz ödənişi həyata keçirilib. Əsas borc üzrə həyata keçirilmiş ödənişlərin 384,6 milyon ABŞ dolları hissəsi dövlət qiymətli kağızlarının daxili bazarda yerləşdirilməsindən əldə olunan vəsait hesabına olub.

Geri qayıt