Birxeber.az / “Qarabağ” Leandro Andrade ilə bağlı heç bir klubdan təklif almayıb

“Qarabağ” Leandro Andrade ilə bağlı heç bir klubdan təklif almayıb

24-01-2024, 16:40

“Qarabağ” futbolçusu Leandro Andrade ilə bağlı heç bir klubdan təklif almayıb.

“Birxeber.Az” xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov “Sport-Express” nəşrinə açıqlamasında deyib.

Klub rəsmisi bildirib ki, 24 yaşlı kabo-verdeli yarımmüdafiəçi üçün Rusiyanın “Rubin” və “Krasnodar” komandalarından onlara müraciət olmayıb: “Heç kim bizə Leandronu almaqla bağlı müraciət etməyib. Başqa klubların hansısa futbolçumuzu izləməsi normaldı. Amma Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludular. Çünki onun “Qarabağ”la müqaviləsi var”.

Qeyd edək ki, Leandro Andrade bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 10 qol vurub, 9 məhsuldar ötürmə verib.

Geri qayıt