Birxeber.az / Azərbaycan Türkiyə şirkətini natrium sianid istehsalına cəlb etmək istəyir

Azərbaycan Türkiyə şirkətini natrium sianid istehsalına cəlb etmək istəyir

29-02-2024, 17:40

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə Azərbaycanda natrium sianid istehsalı layihəsini müzakirə edib.

"Birxeber.Az" bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik", - deyə o qeyd edib.

Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə keçirdiyimiz görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsini müzakirə etdik. Dağ-mədən #sənaye-sində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini… pic.twitter.com/fAlfxGvvsm

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 29, 2024
Geri qayıt