Birxeber.az / Azərbaycan BƏƏ ilə bank sektorunda gələcək əməkdaşlığı müzakirə edib

Azərbaycan BƏƏ ilə bank sektorunda gələcək əməkdaşlığı müzakirə edib

29-02-2024, 17:40

Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BƏƏ-yə işgüzar səfərimiz çərçivəsində ilk görüşümüz Əbu-Dabi şəhərində BƏƏ-nin Mərkəzi Bankının (centralbankuae) sədri Xaled Məhəmməd Balama ilə oldu.
Görüş zamanı ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr, hər iki ölkənin maliyyə sektorunun inkişafı, mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

As part of our visit to the United Arab Emirates (UAE) we had our first meeting with H.E Khaled Mohamed Balama, Governor of the Central Bank of the UAE (@centralbankuae) in Abu Dhabi.
During the meeting we exchanged views on the current economic ties between our countries,… pic.twitter.com/NZFpvPJRc4

— Taleh Kazimov (@TalehKazimov_T) February 29, 2024
Geri qayıt