Birxeber.az / Qarabağ Universitetində müəllimlərin maaşı yüksək olacaq

Qarabağ Universitetində müəllimlərin maaşı yüksək olacaq

29-02-2024, 16:50

Qarabağ Universitetində müəllimlərin maaşları ortalamadan yüksək olacaq.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, Qarabağ Universitetində əməkhaqlarının orta göstəricidən bir neçə dəfə yüksək olması nəzərdə tutulur:

"Çünki yalnız bu halda istedadlı adamları ora apara bilərik. Vakansiyalara gəldikdə isə bu tamamilə şəffaf proses olacaq. Xaricdə təhsil alan təhsil işçilərinin Azərbaycana, Qarabağa qayıtması bizim əsas hədəflərimizdəndir".

Geri qayıt