Birxeber.az / Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılıb

Bakıda 10 yeni metro stansiyasının tikintisi planlaşdırılıb

29-02-2024, 15:50

Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni”nin Müşahidə Şurası tərəfindən təsdiq edilib.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.


O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.

R. Əlixanov edib ki, 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb.

Geri qayıt