Birxeber.az / Sabunçuda ev yanıb, 1 nəfərin meyiti tapılıb

Sabunçuda ev yanıb, 1 nəfərin meyiti tapılıb

29-02-2024, 15:50

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Birxeber.Az FHN-ə istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri qayıt