Birxeber.az / Samir Məmmədov: "Sonuncu dəfə metrodan 90-cı illərdə istifadə etmişəm"

Samir Məmmədov: "Sonuncu dəfə metrodan 90-cı illərdə istifadə etmişəm"

29-02-2024, 15:40

Bu gün "Bakı Metropoliteni" QSC-də "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransı keçirilir.

"Report"un məlumatına görə, tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Bakı metrosunun Müşahidə Şurasının üzvü Samir Məmmədov bildirib ki, sonuncu dəfə metrodan 90-cı illərdə istifadə edib.

O, bunu sonralar vəzifəyə təyin olunması və xidməti avtomobillə təmin edilməsi ilə əlaqələndirib.

"İlk dəfə məktəb illərində metrodan istifadə etmişəm. Hazırda Müşahidə Şurası olaraq qərar vermişik ki, metro ilə səfərlərimiz olsun və müştəri məmnuniyyətini yoxlayaq", - deyə nazir müavini qeyd edib.

Konfransda iştirak edən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov isə deyib ki, metrodan sonuncu dəfə 1993-1996-cı illərdə - tələbəlik illərində istifadə edib.

Geri qayıt