Birxeber.az / Britaniya MN: Rusiya ordusu Ukraynada irəliləyib

Britaniya MN: Rusiya ordusu Ukraynada irəliləyib

29-02-2024, 15:40

Ukraynanın Avdeyevka şəhərinin qərbindəki ərazi Rusiya ordusunun hücum mərkəzi olaraq qalır.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Rusiya fevralın 17-də şəhəri ələ keçirib və o vaxtdan şəhərin mərkəzindən təxminən 6 km irəliləyib. Rusiya Federasiyası demək olar ki, ərazidəki bir neçə kəndi nəzarətə götürüb”, - məlumatda qeyd edilib.

Bildirilib ki, bu taktiki nailiyyətlər ilk növbədə Rusiyanın Avdeyevka ətrafında mövqelərini möhkəmləndirməyə xidmət edir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Geri qayıt