Birxeber.az / İraq və Suriyadan Azərbaycana qaytarılan uşaq və qadınların sayı açıqlanıb

İraq və Suriyadan Azərbaycana qaytarılan uşaq və qadınların sayı açıqlanıb

29-02-2024, 13:50

2023-cü il ərzində 13-ü qadın, 47-i uşaq olmaqla, 60 Azərbaycan Respublikası vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində İraq və Suriyadan ümumilikdə 469 uşaq və qadının repatriasiyası həyata keçirilib.

Geri qayıt