Birxeber.az / AFFA İcraiyyə Komitəsinin iclasının məkanı və başlama saatı dəqiqləşib

AFFA İcraiyyə Komitəsinin iclasının məkanı və başlama saatı dəqiqləşib

29-02-2024, 13:40

AFFA İcraiyyə Komitəsinin iclası Gəncə Futbol Akademiyasında gerçəkləşəcək.

"Report"un məlumatına görə, martın 1-dəki toplantı saat 11:00-da başlayacaq.

Toplantıda AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixi müəyyənləşdiriləcək və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Gəncə Futbol Akademiyasının açılışı növbəti həftə olacaq.

Geri qayıt