Birxeber.az / Rusiyada Fələstinin aparıcı fraksiyaları arasında danışıqlar başlayıb

Rusiyada Fələstinin aparıcı fraksiyaları arasında danışıqlar başlayıb

29-02-2024, 13:40

Rusiyanın paytaxtı Moskvada Qəzza zolağında nizamlanmaya dair Fələstinin aparıcı fraksiyaları arasında danışıqlar başlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Daha əvvəl Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl bildirmişdi ki, Fələstin təşkilatları, o cümlədən FƏTH və HƏMAS yeni vahid hökumətin formalaşdırılmasını, həmçinin Qəzzanın münaqişədən sonra yenidən qurulması məsələsini müzakirə etməyi planlaşdırır.

Geri qayıt