Birxeber.az / Şahin Bağırov: Olimpiya hərəkatının bir hissəsi olmaq bizim üçün önəmlidir

Şahin Bağırov: Olimpiya hərəkatının bir hissəsi olmaq bizim üçün önəmlidir

29-02-2024, 12:40

Olimpiya hərəkatının bir hissəsi olmaq, voleybolu orada təmsil etmək bizim üçün önəmlidir.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Milli Olimpiya Komitəsi (MOK) ilə imzaladıqları niyyət protokolu barədə danışarkən deyib.

Qurum rəhbəri onlara etimad göstərdikləri üçün MOK-a təşəkkür edib: "Olimpiya hərəkatı ilə bağlı bütün proseslərdə, məşqlərin gerçəkləşməsində, idmançıların təlim-məşq toplanışlarında iştirak etməsində, onların beynəlxalq turnirlərə göndərilməsi məsələlərində Milli Olimpiya Komitəsinin dəstəyi bizim üçün faydalı olacaq. Bütün bunlardan yararlanaraq nəticələrimizin daha yaxşı olmasına çalışacağıq".

Geri qayıt