Birxeber.az / Akademik: Tədqiqatçı qadınların sayına görə Azərbaycan dünyada birinci yerdədir

Akademik: Tədqiqatçı qadınların sayına görə Azərbaycan dünyada birinci yerdədir

29-02-2024, 12:40

Tədqiqatçı qadınların sayına görə Azərbaycan dünyada birinci yerdədir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti akademik Arif Həşimov deyib.

Onun sözlərinə görə, respublikada 131 elmi təşkilat var: "Azərbaycanda bir milyon əhaliyə 1963 tədqiqatçı düşür. Bu rəqəm Avropa ölkələrində daha çoxdur. Tədqiqatçı qadınların sayına görə Azərbaycan dünyada 55,4 faiz olmaqla birinci yerdədir".

Geri qayıt