Birxeber.az / MOK rəsmisi: "Bayer 04" tək Almaniyanın yox, hazırda Avropanın ən güclü komandasıdır

MOK rəsmisi: "Bayer 04" tək Almaniyanın yox, hazırda Avropanın ən güclü komandasıdır

29-02-2024, 11:40

"Bayer 04" tək Almaniyanın yox, hazırda Avropanın ən güclü komandasıdır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi barədə danışarkən deyib.

O, Azərbaycan çempionunu çətin qarşılaşma gözlədiyini söyləyib: "Məncə, "Qarabağ" yaxşı mübarizə aparacaq. Xüsusilə qeyd etməliyəm ki, komandamız artıq qələbəsini qazanıb, öz işini görüb. Onlara uğurlar arzulayıram".

Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə 14-də Leverkuzendə keçiriləcək.

Geri qayıt