Birxeber.az / Sumqayıtda saxlanılan şəxsdən avtomat və narkotik aşkar edilib

Sumqayıtda saxlanılan şəxsdən avtomat və narkotik aşkar edilib

29-02-2024, 10:50

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ceyhun Qasımov şəhər ərazisində saxlanılıb.

DİN-dən APA-ya verilən xəbərə görə, ondan “AKM” markalı avtomat silahı, həmçinin heroin və metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Geri qayıt