Birxeber.az / COP29 nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı iclasında iştirak edib

COP29 nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı iclasında iştirak edib

29-02-2024, 09:40

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 6-cı iclasında iştirak edib.

“Report” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

“Bu gün UNEA-6-da COP29 nümayəndə heyəti Azərbaycanın inklüziv yanaşmasını təqdim edib və COP29-da bütün maraqlı tərəflərlə işləmək öhdəliyini ifadə edib. Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr (NDC) çərçivəsində daha yüksək ambisiyaların müəyyən edilməsinin vacibliyi də vurğulanıb”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki (Keniya) baş qərargahında fevralın 26-da başlayan BMT-nin Ətraf Mühit Assambleyasının 6-cı iclası martın 1-nə qədər davam edəcək.

Today at #UNEA6, a @COP29_AZ delegation explained Azerbaijan’s inclusive approach and promise to work with all stakeholders at #COP29. They also highlighted the importance of setting enhanced ambitions for NDCs. pic.twitter.com/1Tqq613AIS

— COP29 AZ (@COP29_AZ) February 29, 2024
Geri qayıt