Birxeber.az / Nobel Sülh Mükafatına namizədlərin sayı məlum olub

Nobel Sülh Mükafatına namizədlərin sayı məlum olub

29-02-2024, 08:50

Payızda Norveçdə veriləcək 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparır.

Birxeber.Az-nın Norveç Nobel İnstitutuna istinadla xəbərinə görə, mükafata 196 nəfər və 89 təşkilat namizəd olub.
Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb və onların sayına görə rekord 2016-cı ildə qeydə alınıb - 376 iddiaçı.

Namizədlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər.

Geri qayıt