Birxeber.az / Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

24-01-2024, 15:40

1987-ci ildən 2023-cü ilin sonuna qədər Azərbaycanda rəsmi qeydiyyatda olan 9 258 İİV-lə yaşayan şəxs var.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib.

O bildirib ki, həmin şəxslərdən 69,5 %-i kişilər, yerdə qalanı isə qadınlardır: "Azərbaycan İİV-lə xəstələnməyə görə digər region ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. Bundan başqa, mərkəzdə qeydiyyatda olan hamilələrin hamısının dünyaya gətirdiyi körpələr sağlam olub, yəni qadınların heç birində xəstə körpə doğumu qeydə alınmayıb”.

Geri qayıt