Birxeber.az / Almaniya freqatı səhvən NATO-nun dronuna hücum edib

Almaniya freqatı səhvən NATO-nun dronuna hücum edib

29-02-2024, 00:40

Almaniyanın “Hesse” freqatı Qırmızı dənizdə səhvən NATO müttəfiqi ABŞ-nin pilotsuz təyyarəsinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Welt" yazıb.

Bildirilir ki, MQ-9 dronu dost və ya düşməni müəyyən etmək üçün transponder olmadan hərəkət edirmiş, üstəlik, onun hərəkəti barədə ABŞ-nin müttəfiq ölkələrinin nümayəndələrinə məlumat verilməyib.

Hadisə, Almaniya freqatının Qırmızı dənizdə əməliyyatlar başlayandan bəri ilk dəfə husilərin hücumunu dəf etməsindən və qrupun iki pilotsuz təyyarəsini vurmasından sonra baş verib.

Geri qayıt