Birxeber.az / İspaniya klubu Rumıniya millisinin qapıçısını transfer edib

İspaniya klubu Rumıniya millisinin qapıçısını transfer edib

24-01-2024, 15:40

İspaniyanın "Atletiko" klubu Rumıniya millisinin qapıçısı Horatsiu Moldovanı transfer edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı qolkiperlə 3,5 illik müqavilə imzalanıb.

Moldovan daha əvvəl “Rapid”də çıxış edib. O, Rumıniya klubunun heyətində keçirdiyi 113 oyunda 125 qol buraxıb və 42 dəfə qapısını toxunulmaz saxlayıb.

Qolkiper Rumıniya millisində 8 oyun keçirib. "Transfermarkt" portalı onun dəyərini 2,6 milyon avro qiymətləndirib.

Geri qayıt