Birxeber.az / Xarkovun S-300 ilə dağıdılmış küçəsi - FOTOREPORTAJ

Xarkovun S-300 ilə dağıdılmış küçəsi - FOTOREPORTAJ

24-01-2024, 15:40

Rusiya ordusu tərəfindən ötən gecə Ukraynanın Xarkov şəhərinə növbəti dəfə S-300 kompleksləri ilə ağır raket zərbələri endirilib. Şəhərin mərkəzi Puşkinskoye küçəsi demək olar yox edilib.

Zərbələrin gecə endirildiyi və insanlar dərhal sığınacaqlardan istifadə etdiyi üçün xoşbəxtlikdən insan tələfatı çox olmayıb. Yerli administrasiyasının verdiyi məlumata görə, 9 nəfər yaralanıb ki, onlardan 4-ü uşaq olub.

"Birxeber.Az"un Şərqi Avropa bürosu Xarkovda dağılmış küçədən fotoreportaj hazırlayıb. Bura mərkəzi küçə olduğu üçün çoxsaylı ofislər, köşklər, kafelər və dükanlar da sıradan çıxıb.

Qeyd edək ki, hazırda Xarkova hava hücumu ilə yanaşı, Rusiya ilə sərhəddən yerüstü hücumlar davam edir.

Geri qayıt