Birxeber.az / Azərbaycan və Almaniya XİN rəhbərləri görüşüb

Azərbaycan və Almaniya XİN rəhbərləri görüşüb

28-02-2024, 17:50

Berlində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbokla görüşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Geri qayıt