Birxeber.az / Azərbaycan Çin şirkəti ilə nəqliyyat sahəsində müzakirələr aparıb

Azərbaycan Çin şirkəti ilə nəqliyyat sahəsində müzakirələr aparıb

28-02-2024, 17:40

Azərbaycanla Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış "Yutong" şirkəti arasında nəqliyyat sahəsində müzakirələr aparılıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Yutong" şirkətinin nümayəndə heyəti ilə görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.

Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış "Yutong" (@YutongGlobal) şirkətinin nümayəndə heyəti ilə görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli #nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb… pic.twitter.com/KEFtSkOLWJ

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 28, 2024
Geri qayıt