Birxeber.az / Dumanın komitə sədri: Təyyarənin vurulmasından sonra 80 ukraynalı əsirin olduğu digər təyyarə geri dönüb

Dumanın komitə sədri: Təyyarənin vurulmasından sonra 80 ukraynalı əsirin olduğu digər təyyarə geri dönüb

24-01-2024, 14:50

Belqorodda Rusiya hərbi nəqliyyat təyyarəsi raketlə vurulduğu məlum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının hərbi komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

Onun sözlərinə görə, göyərtəsində 65 ukraynalı hərbi əsirin olduğu İl-76 üç Patriot və ya İris-T raketləri ilə vurulub.

O da bildirilib ki, bu gün göyərtəsində 80 ukraynalı hərbi əsirin olduğu başqa bir İl-76 təyyarəsi də həmin istiqamətdə uçub, lakin məlum insidentdən sonra, həmin təyyarə geri qaytarılıb.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə məlum insidentlə bağlı Rusiyanın ABŞ və Almaniyaya müraciət hazırladığını söyləyib.

Geri qayıt