Birxeber.az / Şəhərsalma Forumunun XIII sessiyasının Bakı şəhərində keçirilməsinə dair saziş təsdiqlənəcək

Şəhərsalma Forumunun XIII sessiyasının Bakı şəhərində keçirilməsinə dair saziş təsdiqlənəcək

28-02-2024, 15:50

Milli Məclisə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş”in təsdiq edilməsi haqqında” qanun layihəsi daxil olub.

Birxeber.Az-nın xəbərinə görə, qanun layihəsi bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirəyə çıxarılacaq.

Geri qayıt