Birxeber.az / Sumqayıt sakininə balta ilə xəsarət yetirilib, atası saxlanılıb

Sumqayıt sakininə balta ilə xəsarət yetirilib, atası saxlanılıb

28-02-2024, 15:50

Sumqayıtda ata oğluna balta ilə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə “BTZ bağları” deyilən ərazidə, fərdi evlərdən birində qeydə alınıb.

Sumqayıt sakini Arzuman Əhmədov, oğlu Məhəmmədəli Əhmədova balta ilə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilib.

Geri qayıt