Birxeber.az / Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi tərəfdaşlığı gücləndirməyi müzakirə edib

Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi tərəfdaşlığı gücləndirməyi müzakirə edib

28-02-2024, 15:40

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğuladıq. İqtisadi tərəfdaşlığın gücləndirilməsi, turizm və investisiyalar sahəsində birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə (@tfrabiah) ilə ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını məmnunluqla vurğuladıq. #İqtisadi tərəfdaşlığın gücləndirilməsi, #turizm#investisiya-lar sahəsində birgə fəaliyyətin təşviqi… pic.twitter.com/yA0bTAcSX8

— Mikayil Jabbarov (@MikayilJabbarov) February 28, 2024
Geri qayıt