Birxeber.az / ABŞ səfirliyi görmə qabiliyyəti zəif olan insanlar üçün taktil plitələrdən qurulan yeni keçid yaradıb

ABŞ səfirliyi görmə qabiliyyəti zəif olan insanlar üçün taktil plitələrdən qurulan yeni keçid yaradıb

28-02-2024, 15:40

ABŞ-nin Azərbaycandakı səfirliyində görmə qabiliyyəti zəif olan insanlar üçün taktil plitələrdən qurulan yeni keçidin açılışı olub.

"Birxeber.Az" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, keçidin açılışına həsr olunan lent kəsilməsi mərasimində səfir Mark Libbi (Mark Libby) səfirliyin məhdudiyyətindən asılı olmayaraq, hər kəs üçün qonaqpərvər və inklüziv mühit yaratmağa dair davamlı öhdəliyini vurğulayıb.

"Səfirlik mərasimdə xüsusi qonağı olan ƏSA Teatrının aktrisası Günay Məmmədovanı qarşılamaqdan şad oldu",- deyə məlumatda qeyd edilib.

Səfirlik görmə qabiliyyəti zəif olan şəxslərin rahatlığı təmin etmək üçün ərazisində taktil plitələrdən qurulan yeni keçidin açılışını qürurla bəyan edir.

Keçidin açılışına həsr olunan lent kəsilməsi mərasimində səfir Libby səfirliyin məhdudiyyətindən asılı olmayaraq hər kəs… pic.twitter.com/8VJ9XYcWrG

— U.S. Embassy Baku (@USEmbassyBaku) February 28, 2024
Geri qayıt