Birxeber.az / Ötən il Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 700 min başa yaxın azalıb

Ötən il Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 700 min başa yaxın azalıb

24-01-2024, 14:50

2024-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 502.4 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 milyon 81,6 min baş təşkil edib.

Birxeber.Az-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.4% və ya 115 min 635 baş, xırdabuynuzlu heyvanların sayı isə 8.6% və ya 670 min baş azalıb.

Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (124 592 baş), Bərdə ( 103 710 baş) və Cəlilabad ( 90 986 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 296 086 baş), Şəmkir ( 262 212 baş), İmişli ( 255 726 baş) rayonlarındadır.

Nəzərə alaq ki, ötən ilin 11 ayında ölkəyə diri qoyun və keçi idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 78% artaraq 314 583 baş təşkil edib.

Hesabat dövründə Azərbaycanda diri çəkidə ət istehsalı əvvəlki illə müqayisədə 3.1% artaraq 647 min 729 tona bərabər olub

Xatırladaq ki, ötən il iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.

Geri qayıt