Birxeber.az / Manatın dövretmə sürəti son 9 ilin ən aşağı həddinə düşüb

Manatın dövretmə sürəti son 9 ilin ən aşağı həddinə düşüb

28-02-2024, 13:50

Cari il fevral ayının 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu göstərici 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə 0,28 bənd, 2023-ci ilin fevral ayının 1-nə nisbətən isə 0.82 bənd azalıb.

Qeyd edək ki, cari ilin yanvar ayında manatın dövretmə sürəti 2015-ci ilin fevral ayından etibarən ən aşağı həddə düşüb. Belə ki, 2015-ci ilin fevral ayında manatın dövretmə sürəti 3.14 bənd təşkil edib.

Geri qayıt