Azərbaycanın tezliklə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) icazə sənədi sisteminə qoşulacağına ümid edirik.
Bunu “Report”a müsahibəsində QDİƏT-in baş katibi Lazar Komanesku deyib.
O bildirib ki, təşkilatın icazə sənədi sistemi sərhəd-keçid prosedurlarının rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədi daşıyır: “Bu günə olan məlumata görə, QDİƏT-in 13 üzv dövlətindən 9-u bu sistemə qoşulub və biz bu sistemin daha da genişləndirilməsi, eləcə də rəqəmsallaşdırılması istiqamətində çalışırıq. Dekabrda keçirilən QDİƏT-in Xarici İşlər Nazirləri Şurasında da layihədə iştirak etməyən üzv dövlətlər də dəvət edilib”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.