Birxeber.az / Ötən ay Azərbaycanda 30 minə yaxın daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb

Ötən ay Azərbaycanda 30 minə yaxın daşınmaz əmlakın mülkiyyət hüququ qeydiyyata alınıb

28-02-2024, 11:50

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 29.825 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Birxeber.Az-Economics” Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu göstəricinin 4664-ü (15,6%) ilkin, 25.161-i (84,4%) isə təkrar qeydiyyatın payına düşür.

Məlumata görə, 2024-ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində 4.065, mənzil üzərində 6.477, torpaq sahəsi üzərində 18.447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7.338-i Bakının, qalanı isə bölgələrin payına düşür.

Qeyd edilib ki, cari ilin ilk ayı ərzində 21.567 texniki pasport tərtib edilib. Yanvar ayında 5.823 ipoteka müqaviləsi qeydiyyata

Geri qayıt