Birxeber.az / Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb - SİYAHI

Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb - SİYAHI

24-01-2024, 13:50

2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 22 570 ton ət, 136 678 ton süd istehsal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci illə müqayisədə ət istehsalı 6.1% və ya 1300 ton, süd istehsalı isə 7% və ya 8892 ton artıb. 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 21 270 ton ət, 127 786 ton süd istehsal olunub.

Qeyd edək ki, hesabat dövündə ən çox ət Kəlbəcər və ən çox süd isə Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Kəlbəcərdə 6 523 ton ət, Ağdamda isə 43 727 ton isə süd istehsal olunub.

Azad edilmiş rayonlar Ət istehsalı.ton Süd istehsalı.ton
Ağdam 5877 43727
Füzuli 3042 29291
Xocalı 191 1525
Xacavənd 849 2722
Şuşa 373 2039
Cəbrayıl 2431 9022
Kəlbəcər 6523 23237
Qubadlı 264 1535
Laçın 2838 23086
Zəngilan 182 494

Geri qayıt